Ekologiya hüququ. Xüsusi hissə. Dərs vəsaiti
Müəllif | Daşqın Qənbərov, Əbülfəz Hüseynov |
---|---|
Nəşr olunduğu il | 2017 |
Elm sahəsi | Ekologiya |
Nəşriyyat | Sabah |
Nəşr yeri | Bakı |
Daşqın Qənbərov, Əbülfəz Hüseynov. Ekologiya hüququ. Xüsusi hissə. Dərs vəsaiti. Bakı, Sabah, 2017.
Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən bakalavr təhsil pilləsi üçün təsdiq olunmuş «Ekologiya hüququ>> fənn proqramının xüsusi hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının qüvvədə olan ekoloji qanunvericiliyi və onun tətbiqi təcrübəsi nəzərə alınaraq tərtib edilmişdir. Kitabda təbiət obyektlərinin ekoloji-hüquqi rejimi, xüsusi mü- hafizə edilən təbiət obyektləri və komplekslərinin ekoloji-hüquqi mühafizəsi, insanın ekoloji-hüquqi statusu, sağlam ətraf mühitdə yaşamaq hüququ, xarici ölkələrin ekologiya hüququnun ümumi xarak- teristikası, beynəlxalq ekologiya hüququ və s. məsələlər təhlil edilir. Dərs vəsaitindən «Hüquqşünaslıq» ixtisası üzrə təhsil alan ali təhsil müəssisələrinin tələbələri, həmçinin ekologiya hüququ və ekoloji qanunvericiliklə maraqlananlar istifadə edə bilərlər