GERIYƏ

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin kommentariyası

Müəllif
Nəşr olunduğu il 2002
Elm sahəsi Hüquq elmləri
Nəşriyyat Digesta
Nəşr yeri Bakı

. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin kommentariyası . Bakı, Digesta, 2002.

Kitab Azərbaycan Respublikasının 30 dekabr 1999-cu ildə təsdiq edilmiş və 1 sentyabr 2000-ci ildə qüvvəyə minmiş Cinayət Məcəlləsinin doktrinal şərhinin yenidən işlənmiş təkrar nəşridir. Təkrar nəşrdə Cinayət Məcəlləsinə 31 oktyabr 2002-ci ilədək edilmiş əlavə və dəyişikliklər, keçən dövr ərzində toplanmış məhkəmə təcrübəsi, habelə oxucuların bir sıra tənqidi mülahizələri nəzərə alınmışdır. Kitab Respublikanın cinayət hüququ sahəsində tanınmış görkəmli alimlərdən və bu sahədə təcrübəsi olan praktiki işçilərdən ibarət müəlliflər kollektivi tərəfindən yazılmışdır. Müəlliflər kollektivi yeni Cinayət Məcəlləsinin hər bir maddəsini təhlil edərkən ölkəmizdə təşəkkül tapmış cinayət-hüquq nəzəriyyəsinin elmi müddəalarını rəhbər tutmuş, Respublikanın qüvvədə olan qanunvericilik materialından və məhkəmə təcrübəsindən istifadə etmişdir. Cinayət Məcəlləsinin Ümumi və Xüsusi hissələrinin hər bir maddəsinin təcrübədə tətbiqi üçün dəyərli mənbə olacaq bu kitab ilk növbədə hakimlər, prokurorlar, müstəntiqlər, vəkillər və başqa hüquq- mühafizə orqanlarının işçiləri üçün tövsiyə edilir. Kitab cinayət hüququ sahəsində araşdırmalar aparan aspirantlar, cinayət hüququnun tədrisi sahəsində çalışan mütəxəssislər, habelə hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr üçün də dəyərli vəsait rolunu oynaya bilər.