Seçilmiş Əsərləri
Müəllif | Nikolay Vasilyeviç Qoqol |
---|---|
Nəşr olunduğu il | 2006 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Avrasiya press |
Nəşr yeri | Bakı |
Nikolay Vasilyeviç Qoqol. Seçilmiş Əsərləri . Bakı, Avrasiya press, 2006.
Rusların milli ədəbiyyatının binasını qoyan Puşkin və Qoqol olmuşdur. Bu iki müqtədir ədibin qələmi sayəsində rusların ədəbiyyatı təbii halına və təbii rənginə düşüb, fransızların, ingilislərin və almanların ədəbiyyatı təsirindən xilas olmağa başlayıb.
Qoqol və Puşkin milli ədəbiyyatlarını məişətlərinin güzgüsü edib, özlərindən sonra gələn üdəba və şüəraya sağlam bir məslək, düz bir yol açıblar. Qoqol həqiqətyazan ədiblərin (realistlərin) babası və qabaqcıl örnəyidir.