Gülüstani irəm
Müəllif | Abbasqulu Bakıxanov |
---|---|
Nəşr olunduğu il | 2000 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Minarə |
Nəşr yeri | Bakı |
Abbasqulu Bakıxanov. Gülüstani irəm. Bakı, Minarə, 2000.
“Gülüstani-İrəm” əsərinin müəllifi Abbasqulu ağa Bakıxanov 1794-cü il iyun ayının 23-də Abşeron yarımadasının Əmircan kəndində anadan olmuşdur. Abbasqulu aga Bakıxanov Azərbaycanın böyük feodallarından olan Bakı xanı Mirzə Məhəmməd xanın oğludur. İbtidai təhsilini ərəb və fars dillərində alan A. Bakıxanov sonralar rus dilini də mükəmməl surətdə öyrənmişdir. O, rus dilini öyrənməklə rus mədəniyyəti və ədəbiyyatı ilə yaxından. tanış olur, fəlsəfə, tarix, ədəbiyyat, astronomiya, coğrafiya və s.elmləri öyrənir. 1820-ci ildə Tiflisdə general Yermolovun idarəsində xidmətə daxil olan A. Bakıxanov rus ordusunda polkovnik rütbəsinə qədər yükcəlir. A. Bakıxanov rus dilini və mədəniyyətini dərindən öyrənən tərəqqipərvər Azərbaycan alimlərindən biri olmuşdur.