Azərbaycan Respublikasının cəza-icra hüququ. Ümumi hissə. Dərslik.
Müəllif | İsfəndiyar Ağayev |
---|---|
Nəşr olunduğu il | 2007 |
Elm sahəsi | Hüquq elmləri |
Nəşriyyat | Təhsil |
Nəşr yeri | Bakı |
İsfəndiyar Ağayev . Azərbaycan Respublikasının cəza-icra hüququ. Ümumi hissə. Dərslik.. Bakı, Təhsil, 2007.
Son illər, hər bir sahədə olduğu kimi dövlət tərəfindən Azərbaycan Respublikası cəza-icra sisteminin fəaliyyətinin təkmilləşdirilməsinə də xüsusi diqqət yetirilir. Bu isə cəza-icra hüququnun böyük əhəmiyyət kəsb etməsinə gətirib çıxarır. Cəza-icra hüququ iki hissədən ibarətdir: Ümumi hissə və Xüsusi hissə. Ümumi hissə cəza-icra hüququ nəzəriyyəsinin əsas müddəalarından bəhs edir. "Azərbaycan Respublikasının cəza-icra hüququ. Ümumi hissə" adlı dərslikdə Azərbaycan Respublikasının cəza-icra siyasəti, cəza-icra hüququnun anlayışı, predmeti və metodları, prinsipləri, Azərbaycan Respublikasının cəzaların icrası qanunvericiliyinin məzmunu, məqsəd və vəzifələri, cəzaların icrasının anlayışı və əsasları, məhkumların islah edilməsi və onun əsas vasitələri, məhkumların hüquqi vəziyyəti, cəzanı icra edən müəssisə və orqanların fəaliyyəti, cəzaların icrasının beynəlxalq aspektləri məsələləri və bir çox digər məsələlər tam təfsilatı ilə açıqlanmışdır.