Zəka və xarakter. tarixi-fəlsəfi esselər toplusu
Müəllif | Hüseynağa Qəniyev |
---|---|
Nəşr olunduğu il | 2011 |
Elm sahəsi | Fəlsəfə |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Hüseynağa Qəniyev. Zəka və xarakter. tarixi-fəlsəfi esselər toplusu. Bakı, , 2011.
“Zəka və xarakterin qüdrəti baxımından hökmdarları nisbi olaraq bir neçə qrupa bölmək olar: Birincisi zəkası iradəsindən güclü olanlar: Romul, Tezey, Osman, Şah İsmayıl, Mustafa Kamal Atatürk kimi dövlət baniləridir ki, özləri vəfat etdikdən sonra yaratdıqları qüdrətli dövlətlər uzun müddət yaşamışdır və bəziləri indi də yaşayır. İkincisi iradəsi zəkasından daha güclü olanlar: İsgəndər, Atilla, Teymurləng, Napoleon kimi fatehlərdir ki, az vaxt ərzində çoxlu ölkələri fəth edib, nəhəng imperiyalar yaratmış, amma özlərinin vəfatından sonra imperiyaları süqut etmişdir. Üçüncüsü, zəkası da iradəsi kimi küt və zəif olan Mixail Qorboçov kimiləridir ki, təsadüfən əllərinə keçən qüdrətli dövlətləri sağlıqlarında süquta uğradıblar”.