TED nitqləri
Müəllif | Kris Anderson |
---|---|
Nəşr olunduğu il | 2010 |
Elm sahəsi | Psixologiya |
Nəşriyyat | Qanun Nəşriyyatı |
Nəşr yeri | Bakı |
Kris Anderson. TED nitqləri. Bakı, Qanun Nəşriyyatı, 2010.
Sizin əlinizdə təsiredici ünsiyyətə dair yeni vəsait var. öz ideyalarınızı ətrafdakılara çatdırmağa ehtiyac duyursunuzsa və təqdimatlarda, çıxışlarda, kütləvi tədbirlərdə iştirak etmək istəyirsinizsə, bu kitabı hökmən oxuyun.
Uzun-uzadı məruzələr VƏ məyus mühazirələr keçmişdə qaldı. Müasir dünyada dinləyicilərə öz fikrinizi çatdırmaq üçün cəmi bir neçə dəqiqə vaxtınız var. Bu kitabda təsirli kütləvi çıxışla necə möcüzə yaratmaq haqda söhbət açılır. Bu sahədə ən nüfuzlu adamın məsləhətindən istifadə edin. Və sizin çıxışınız unudulmaz olacaq.
"Kris Anderson, sadəcə, təsirli çıxışların sirlərini açıqlamır, o, kütləvi çıxışların mədəniyyəti haqda da söhbət açır. Hər bir adam - bənnadan tutmuş prezidentə qədər öz fikirlərini aydın və inandırıcı şəkildə çatdırmağa məcburdur. Bundan əlavə, müəllif əmindir ki, bizim hər birimizin deməyə nə isə sözümüz var.