GERIYƏ

Art və xaos

Müəllif Qaraqan
Nəşr olunduğu il 2019
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat TEAS Press
Nəşr yeri Bakı

Qaraqan . Art və xaos. Bakı, TEAS Press, 2019.

O qədər də tanınmayan balaca bir ölkənin həddən artıq məşhur rok ifaçısı Eyden Nyu-Yorka köçür. Ulduz statusundan, konsertlərdən və milyonların sevgisindən bezib böyük bir meqapolisin beton küçələrində heç kim olmaq... Eyden uzun illər axtardığı azadlığı yalnız hər şeyini itirəndən sonra tapır. “Sıradan biri” olmaqdan ləzzət ala-ala yaşayan musiqiçi Art və Xaosla üzləşir. Nədir Art və Xaos? Amerikalı gənclər Nyu-Yorkdan iki saatlıq məsafədə yerləşən “Art və Xaos” adlı bu qəribə hostelə toplaşıb nə edir? Ən əsası Xloe kimdir? Amerikalı qızla Eydenin arasında baş verənlər İncəsənətdir, yoxsa Xaos? ART və XAOS... Bu, İNCƏSƏNƏTin və HƏQİQƏTin, YALANın və DOĞRUnun mübarizəsidir. Burada Nyu-York həyatının xırdalıqları, Nyu-York gənclərinin ruhu, arzuları, azad seksual həyatı “Draft Beer” kimi filtrdən keçmədən, təmizlənmədən təqdim olunub.