Onurğasızlar zoologiyası
Müəllif | B.İ.Ağayev, Z.A.Zeynalova |
---|---|
Nəşr olunduğu il | 2008 |
Elm sahəsi | Tibb elmləri |
Nəşriyyat | Təhsil |
Nəşr yeri | Bakı |
B.İ.Ağayev, Z.A.Zeynalova. Onurğasızlar zoologiyası. Bakı, Təhsil, 2008.
Təqdim olunan dərslik universitet və institutların biologiya fakültələrində tədris olunan əsas fənlərdən biri olan «Onurğasızlar zoologiyası> kursunu əhatə edir. Dərslikdə heyvanat aləminin çox böyük bir hissəsini əhatə edən onurğasız heyvanlar haqqında ətraflı məlumat verilmişdir. Burada hər bir bioloq onurğasız heyvanların səciyyəvi xüsusiyyətləri, növ tərkibi, təsnifatı, biologiyası, filogeniyası və s. haqqında mükəmməl və hərtərəfli biliklər əldə edə biləcək. Kitabda onurğasız heyvanların ekologiyası və praktiki əhəmiyyəti haqqında da geniş məlumat verilmişdir.
Dərslik nəzəri və elmi cəhətdən böyük əhəmiyyət kəsb edir. O mühazirə materialını tamamlamaqda, kursun əhatə etdiyi məsələləri dərindən mənimsəməkdə, bilik səviyyələrini artırmaqda tələbələrə kömək edəcəkdir.