Yaralı şəhərin əsiri
Müəllif | Elvin Rzayev |
---|---|
Nəşr olunduğu il | 2023 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Mücrü |
Nəşr yeri | Bakı |
Elvin Rzayev. Yaralı şəhərin əsiri. Bakı, Mücrü, 2023.
Qaranlıq meşəyə düşən günəş şüalarından havanın hələ qaralmadığı bilinirdi. Bir azdan qaranlıq düşəcək, gecənin soyuğu bir yırtıcı kimi onlara hücum edib hərəkətlərini çətinləşdirəcəkdir. Aclıq və yorğunluq onları taqətdən salıb, təbiətin gözəlliklərini seyr etməyə mane olurdu. Keçən yay Böyük Qafqazın ətəklərindəki meşələrdə ailəsi ilə birlikdə istirahətdə olarkən ağlına da gəlməzdi ki, bir il sonra Qarabağ meşələrində döyüş tapşırığını yerinə yetirəcək.