GERIYƏ

Bağbanın konspekti

Müəllif Asif Mehralıyev
Nəşr olunduğu il 2017
Elm sahəsi Aqrar
Nəşriyyat Vektor Beynəlxalq Nəşrlər Evi
Nəşr yeri Bakı/Azərbaycan

Asif Mehralıyev. Bağbanın konspekti. Bakı/Azərbaycan, Vektor Beynəlxalq Nəşrlər Evi, 2017.

Bütün canlılar mühitin təsirindən dəyişikliyə uğramaqla yanaşı, öz növbəsində yaşadıqları əraziyə, formalaşdıqları mühitə təsir edərək, onun dəyişilməsində müəyyən qədər rol oynayırlar. Ətraf mühitin dəyişilməsinə edilən belə təsirlər bilməyərəkdən, qeyri-şüuri və bilərəkdən, şüurlu surətdə olur. Bilməyərəkdən, qeyri-şüuri təsirlər bitkilərə, heyvanlara və mikroorqanizmlərə, bilərəkdən, yəni şüurlu surətdə təsirlər isə insanlara məxsusdur. İnsan məskunlaşdığı və fəaliyyət göstərdiyi bütün ərazilərdə, ən ekstremal vəziyyətdə belə özü üçün müəyyən şərait yaratmaq istəyir. İlkin olaraq insan ev tikir və qida axtarır.