İşgüzar yazışmalar. Metodik vəsait.
Müəllif | Nəzakət Səlimova |
---|---|
Nəşr olunduğu il | 2017 |
Elm sahəsi | Elm və təhsil |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Nəzakət Səlimova. İşgüzar yazışmalar. Metodik vəsait.. Bakı, , 2017.
XX əsrin sonlarında Azərbaycan Respublikasında dövlət müstəqilliyi bərpa edildikdən sonra ilk illərdə ciddi siyasi, iqtisadi, sosial və idarəçilik problemləri yarandı. Bu problemlərin aradan qaldırılmasına təminat müstəqil ideya, möhkəm iradə və cəsarət tələb edirdi. Bu uzaqgörən müdriklik və siyasi iradə Ümummilli liderimiz görkəmli siyasi xadim Heydər Əliyev tərəfindən ortaya qoyuldu. Onun səyi nəticəsində ictimai-siyasi həyatımızda köklü dəyişikliklər əldə edildi. Bu dəyişikliklər elm və təhsil sa- hələrində də daha bariz şəkildə özünü göstərdi. Ümummili lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilininin tətbiqi sahələrinin genişlənməsi, onun dövlət dili kimi sta- tusunun möhkəmləndirilməsi və zaman keçdikcə istifadə dairəsinin artması bu sahədə köklü islahatların həyata keçirilməsi zəruriətini yaratdı.