Hüquq nəzəriyyəsi
Müəllif | Ceyhun Süleymanov |
---|---|
Nəşr olunduğu il | 2015 |
Elm sahəsi | Hüquq elmləri |
Nəşriyyat | Mütərcim |
Nəşr yeri | Bakı |
Ceyhun Süleymanov. Hüquq nəzəriyyəsi. Bakı, Mütərcim, 2015.
Daxili işlər orqanları əməkdaşlarının peşəkar hüquq mədəniy- yətinin və hüquq düşüncəsinin formalaşması və yüksəldilməsində ən böyük məsuliyyət bu orqanlara ali təhsilli hüquqşünas kadrlar hazırlayan DİN-in Polis Akademiyasının üzərinə düşür. Təhsilin səviyyəsini müasir standartlara uyğunlaşdırmaq, təd- risin keyfiyyətinin monitorinqini həyata keçirmək, təhsil sisteminin informasiyalaşdırılması, Avropa təhsil məkanına inteqrasiya ilə bağlı bəzi tədbirlərin həyata keçirilməsi, elmin inkişafı məqsədilə Azərbaycanın dövlət başçısı cənab İlham Əliyev tərəfindən imzala- nan hüquqi sənədlər fəaliyyətimizin əsas istiqamətini təşkil edir.