GERIYƏ

Kənd təsərrüfatı ekologiyasından praktikum (Ali məktəblər üçün dərs vəsaiti)

Müəllif İzabella Teymur qızı Qasımova, Musa Əhməd oğlu Bayramov
Nəşr olunduğu il 2016
Elm sahəsi Aqrar
Nəşriyyat Elm nəşriyyatı
Nəşr yeri Bakı

İzabella Teymur qızı Qasımova, Musa Əhməd oğlu Bayramov. Kənd təsərrüfatı ekologiyasından praktikum (Ali məktəblər üçün dərs vəsaiti). Bakı, Elm nəşriyyatı, 2016.

Dərs vəsaitində aqroekoloji vəzifələrin həllinin müasir informasiya texnologiyalarına baxılır. Torpağın həddindən çox şumlanması, eroziya prosesləri, kimyəvi və radioaktiv çirklənməsi, həddən çox kipləşməsi, aqrolandşaftların davamlılığına və məhsuldarlığına təsir edən pozuntu- larla bağlı olan ekoloji vəziyyətin qiymətləndieilməsinə dair metodlar və misallar verilir. Bitkilərin suya tələbatının, əkinlərdə maili axınların qiymətləndirilməsi və onun tənzimlənməsinin, texnogen çirklənmənin və lilləşmənin su obyektlərinə təsirinin, su-mühafizə zonalarının müǝyyənləşdirilməsi və suyun keyfiyyətinin nəzəri və praktiki aspektləri geniş şərh olunur. Müxtəlif mənbələrdən atmosferə atılan çirkləndirici maddələrin və müəssisələr üçün sanitar-mühafizə zonalarının hesablanması aparılır, atmosfer çirklənməsinin kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına, ətraf mühitə və əhaliyə təsiri qimətləndirilir. Dənlilərin emalı, ərzaq, ət, süd sənayesi tullantılarının, ferma biogeosenozlarını və tullantıların gübrə, vermikultura, suvarma üçün istifadə qaydaları, eləcə də aztullantılı istehsalın kriteriyalarının alqoritmləri və misalları verilmişdir. Texnogenez şəraitində məhsulun keyfiyyətinin qiymətləndirilməsinin, əkinçilik sistemlərinin baza elementlərinin, aqrolandşaftda təbii kənd təsərrüfatı yerlərinin optimallaşdırılması, eroziya- təhlükəli torpaqların quruluşunun təşkili, otlaq biogeosenozlarının yüklənməsinin qiymətləndirilməsinin metodları və nümunələri göstərilir. Texnogen təsirlərin intensivliyinin təbii ətraf mühitə və təbiətdən istifadənin iqtisadi mexanizmlərinə təsirinin qiymətləndirilməsinin ekspert-informasiya sistemləri və metodları şərh olunur. Dərs vəsaiti aqrar universitetin tələbələri, eləcə də ekologiya və təbiəti mühafizə sahəsinin mütəxəssisləri üçün nəzərdə tutulur