GERIYƏ

Cinayət hüququ

Müəllif Firidun Səməndərov
Nəşr olunduğu il 2017
Elm sahəsi Hüquq elmləri
Nəşriyyat Hüquq Yayın Evi
Nəşr yeri Bakı

Firidun Səməndərov . Cinayət hüququ. Bakı, Hüquq Yayın Evi, 2017.

Dərslik Azərbaycan Respublikasının 2000-ci il sentyabrın 1-dən qüvvəyə minmiş Cinayət Məcəlləsinin müddəalan əsasında və Cinayət hüququ kursunun Ümumi hissəsinin proqramına uyğun olaraq yazılmışdır. Kitabda cinayət hüququnun sistemi və funksiyaları, cinayət-hüquqi tənzimin formaları, prinsipləri və mexanizmi, cinayət qanununun əlaınətləri, mənbələri və quruluşu, onun zamana, məkana və şəxslərin dairəsinə görə qüvvəsi məsələləri şərh edilir. Cinayət və onun növlərinə, cinayət tərkibinə, onun obyektiv və subyektiv əlamətlərinə anlayış verilir. Dərslikdə cinayət məsuliyyəti, cəza məsələlərinə, eləcə də xarici ölkələrin cinayət hüququnun əsas cəhətlərinin işıqlandırılmasına xeyli yer verilir. Dərslik ali hüquq təhsili verən universitetlərin hüquq fakültələrində bakalavr və magistr sistemi üzrə təhsil alan tələbələr və aspirantlar üçün nəzərdə tutulur.