Qida məhsullarının tarixi mənşəyi, rəvayətlər və həqiqətlər.
Müəllif | Əhmədov Ə.İ |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | Aqrar |
Nəşriyyat | Elm |
Nəşr yeri | Bakı |
Əhmədov Ə.İ. Qida məhsullarının tarixi mənşəyi, rəvayətlər və həqiqətlər.. Bakı, Elm, 2019.
Gündəlik qidamızda istifadə etdiyimiz məhsullar haqqında insanların əksəriyyətinin məlumatı çox azdır. “Qida məhsullarının tarixi mənşəyi, rəvayətlər və həqiqətlər” kitabı oxucuları südün, yumurtanın, ətin, balığın, yağın, pendirin, balın, çayın, qəhvənin, şokoladın, ədviyyələrin, tamlı qida əlavələrinin və digər ərzaq məhsullarının qədimdə və müasir dövrdə istifadəsi üsulları ilə tanış edir. Kitabda ayrı-ayrı məhsulların, o cümlədən, makaronun, mayonezin, marqarinin, şəkərin və tamlı qida əlavələrinin, eləcə də, müxtəlif çeşidli qida məhsullarının istehsalının yaranması tarixi və insanların qidasında istifadə olunması haqqında maraqlı məlumatlar toplanmışdır. Kitabda qida məhsullarının hazırlanması və gündəlik qidalanmada səmərəli istifadə olunması haqqında faydalı məsləhətlər çoxdur. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur