GERIYƏ

Xırda şeyləri dərd etməyin

Müəllif Dr. Riçard Karlson
Nəşr olunduğu il 2006
Elm sahəsi Psixologiya
Nəşriyyat Qanun Nəşriyyatı
Nəşr yeri Bakı

Dr. Riçard Karlson. Xırda şeyləri dərd etməyin. Bakı, Qanun Nəşriyyatı, 2006.

Həmişə qəzəbli olanda “xırda şeylər”i böyüdürük. Sanki haqlı çıxmağımız hər şeydən vacibdir. Hətta xoşbəxtliyimizdən də. Amma heç də belə deyil. Əgər rahat yaşamaq istəyiriksə, bizim üçün xoşbəxtlikdən vacib heç nə olmamalıdır. Xoşbəxtliyə gedən yol ittihamı bir kənara atıb sevgiylə əl uzatmaqdan keçir. Qoy başqaları haqlı çıxsın. Bu bizim haqsız olmağımız demək deyil. Hər şey zamanla yoluna düşəcək. Biz haqlı olmaq növbəsini başqalarına ötürməklə sevinc hissi yaşayacağıq. Əlimizi uzatdığımız adamlar bizimlə mehriban olacaqlar. Onlar da bizə əl uzadacaqlar. Bu ehtimal özünü doğrultmasa belə ürəyimizə salmamalıyıq. Daxili sakitliyimiz bizə bəs edər.