GERIYƏ

Müəssisənin iqtisadiyyatı (dərslik).

Müəllif Telman Əlihüseyn oğlu Hüseynov
Nəşr olunduğu il 2005
Elm sahəsi İqtisad elmləri
Nəşriyyat Azərnəşrin
Nəşr yeri Bakı

Telman Əlihüseyn oğlu Hüseynov. Müəssisənin iqtisadiyyatı (dərslik).. Bakı, Azərnəşrin , 2005.

Dərslikdə milli iqtisadiyyatın əsası, ölkənin sosial-iqtisadi inkişafında təsiredici və müəyyənedici deyil, həlledici rolu olan müəssisənin iqtisadi məsələləri şərh olunmuşdur. Bununla əlaqədar, bazar münasibətlərinin müəssisə iqtisadiyyatına aid olan anlayış, göstərici, kateqoriya, qanunlar və qanunauyğunluqlara istinadən müəssisənin istehsal resursları və onların səmərəliliyi, maddi-texniki təminatı və marketinqi, investisiya fəaliyyəti, innovasiya və qiymət siyasəti, müəssisədə istehsalın təşkili və ictimai təşkili formaları, onun idarəetmə mexanizmi, maliyyəsi və xarici iqtisadi əlaqələri və s. bu kimi məsələlər öyrənilmişdir. Mikroiqtisadiyyatın mühüm tərkib hissəsi olan müəssisə ilə makroiqtisadiyyatın analoq təşkil edən məsələlərinə zərurət yarandığı hallarda - birgə baxılmış, müqayisələr aparılmış və ümumiləşdirmələr edilmişdir. Müəssisənin iqtisadiyyatı haqqında biliklərin tələbə tərəfindən mənimsənilməsinin onların yüksək ixtisaslı iqtisadçı - mütəxəssis kimi formalaşmasında müstəsna əhəmiyyəti vardır. Dərslik iqtisad profilli ali məktəblərin bakalavr təhsil mərhələsinin tələbələri üçün yazılmışdır.