Aşıq Ələsgər – 190: biblioqrafiya
Müəllif | Sevgiyə Əsədova, Gülbahar Misirova |
---|---|
Nəşr olunduğu il | 2011 |
Elm sahəsi | Biblioqrafiya |
Nəşriyyat | M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası |
Nəşr yeri | Bakı |
Sevgiyə Əsədova, Gülbahar Misirova. Aşıq Ələsgər – 190: biblioqrafiya. Bakı, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2011.
Biblioqrafiyada aşıq sənətinin ən uca zirvəsində dayanan Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında olan materiallar öz əksini tapmışdır. Ədəbiyyat 1927-cı ildən 2011-ci ilə qədər olan bir dövrü əhatə edir. Aşıq Ələsgər irsini geniş oxucu kütləsinə çatdırmaq məqsədilə tərtib edilmiş bu biblioqrafik göstərici üç hissədən ibarətdir. Birinci hissədə Aşıq Ələsgərin əsərləri, ikinci hissədə onun həyat və yaradıcılığı haqqında çap olunmuş ədəbiyyat, üçüncü hissədə rus dilində olan ədəbiyyat öz əksini tapmışdır. Göstəricidə ədəbiyyat xronologiya üzrə, daxildə isə əlifba sırası ilə qruplaşdırılmışdır