Azərbaycan Xalq Cümhuriyyəti - 90: (1918-1920): biblioqrafiya
Müəllif | Şəhla Nağıyeva |
---|---|
Nəşr olunduğu il | 2008 |
Elm sahəsi | Biblioqrafiya |
Nəşriyyat | M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası |
Nəşr yeri | Bakı |
Şəhla Nağıyeva. Azərbaycan Xalq Cümhuriyyəti - 90: (1918-1920): biblioqrafiya . Bakı, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2008.
Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşamış, milli azadlıq, istiqlal uğrunda mübarizə aparmışdır. XX əsrin əvvəllərində Azərbaycanda milli azadlıq hərəkatı gücləndi. Azərbaycanın demokratik qüvvələri, mütəfəkkir şəxsləri, siyasi xadimləri yurdumuzun müstəqilliyi, xalqımızın azadlığı uğrunda mübarizəyə qoşuldular. Rusiya imperiyasının dağılması Azərbaycanda müstəqil dövlət yaratmaq üçün şərait yaratdı. 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan edildi. Həmin gün Azərbaycan xalqının tarixində əlamətdar bir hadisə oldu. Azərbaycan Respublikasının yaradılmasında və ona rəhbərlik edilməsində M.Ə.Rəsulzadənin, F.Xoyskinin, N.Yusifbəylinin, A.Səfikürdskinin, Ə.Topçubaşovun, X.Xasməmmədovun, C.Hacınskinin, S.Mehmandarovun və başqalarının çox böyük rolu olmuşdur. Azərbaycan Cümhuriyyətinin yaradılması və milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyini təmin etdi, tarixi yaddaşın formalaşmasında müstəsna
əhəmiyyət kəsb etdi. AXC haqqında tərtib olunmuş bu biblioqrafik göstərici ADR-in yaranmasını, fəaliyyətini və süqutunu, onun ictimai-siyasi xadimlərinin həyat və fəaliyyətini əhatə edir.