Səfəvi Tarixinə Dair Venesiya Dövlət Arxivi Və Marçiana Milli Kitabxanasında Saxlanılan Sənədlərin Kataloqu
Müəllif | Əliyeva (əhədova ) Sevda |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | İnformasiya-sənəd menecmenti |
Nəşriyyat | Ocaq nəşriyyatı |
Nəşr yeri | Bakı |
Əliyeva (əhədova ) Sevda. Səfəvi Tarixinə Dair Venesiya Dövlət Arxivi Və Marçiana Milli Kitabxanasında Saxlanılan Sənədlərin Kataloqu. Bakı, Ocaq nəşriyyatı, 2024.
Kataloq-topluda Azərbaycan Səfəvilər dövlətinin tarixinə dair Venesiya Dövlət Arxivində və Venesiyada yerləşən Marçiana Milli Kitabxanasında saxlanılan 240 arxiv
sənədi haqqında məlumat verilmiş və bir sıra arxiv sənədlərində tariximiz üçün əhəmiyyət kəsb edən hissələr transkripsiya və italyancadan tərcümə edilərək, hazırki nəşrə daxil edilmişdir. Bu toplu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Elm və Təhsildə İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan Səfəvilər dövlətinin tarixi ilə bağlı Venesiyanın arxiv və kitabxanalarında saxlanılan sənədlərin kataloqunun tərtib edilməsi və nəşri” layihəsi çərçivəsində çap edilmişdir. Layihənin əsas məqsədi Venesiyanın arxiv və kitabxanalarında saxlanılan materialların Azərbaycan Səfəvilər dövlətinin tarixinin tədqiqi baxımından əhəmiyyəti ilə bağlı elmi ictimaiyyət arasında məlumatlılığın artırılmasıdır.