GERIYƏ

Bəxtiyar Vahabzadə: biblioqrafiya

Müəllif Mədinə Vəliyeva, Sevgiyə Əsədova, Gülbahar Misirova
Nəşr olunduğu il 2015
Elm sahəsi Biblioqrafiya
Nəşriyyat Azərbaycan Milli Kitabxanası
Nəşr yeri Bakı

Mədinə Vəliyeva, Sevgiyə Əsədova, Gülbahar Misirova . Bəxtiyar Vahabzadə: biblioqrafiya. Bakı , Azərbaycan Milli Kitabxanası, 2015.

Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırladığı “Bəxtiyar Vahabzadə” adlı biblioqrafik göstəricidə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin 1943-cü ildən 2015-ci ilədək dərc edilmiş əsərləri, həyat və yaradıcılığı haqqında çap edilmiş materiallar toplanmışdır. Azərbaycan və rus dillərində tərtib edilmiş bu vəsaitdə şairin həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri də öz əksini tapmışdır. Kitab ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.