GERIYƏ

Siyasətnamə

Müəllif Nizamülmülk Əbu Əli Həsən ibn Əli Xacə
Nəşr olunduğu il 2007
Elm sahəsi Tarix
Nəşriyyat Çıraq
Nəşr yeri Bakı

Nizamülmülk Əbu Əli Həsən ibn Əli Xacə. Siyasətnamə. Bakı, Çıraq, 2007.

Nizamülmülk daxili dövlət işlərilə yaxından məşğul olmaqla bərabər, xarici siyasətə istiqamət verir, din-şəriət qayda-qanunlarına dəxalət edir, məzhəb və təriqətləri öyrənmək, dövlət və din xadimləri hazırlamaq məqsədilə xüsusi mədrəsələrin açılmasına təşəbbüs göstərir və böyük maddi yardım edirdi. Bu mədrəsələr Sonralar «Nizamiyyə» mədrəsələri adı altında şöhrət tapmışdı. Bunların ən məşhuru bir çox dövlət və din xadimləri, münəccimlər, filosoflar, hüquqşünaslar və şairlər hazırlamış Bağdad nizamiyyəsi sayılırdı. Bu mədrəsələr Nizamülmülkün ölümündən Sonra da öz fəaliyyətlərini davam etdirmiş və Şərq ölkələrinə böyük şəxsiyyətlər vermişdir. Sədi Şirazi kimi bir şairin məhz Bağdad nizamiyyəsi divarları arasında yetişdiyini qeyd etmək kifayətdir.