GERIYƏ

Cahangir Cahangirov: biblioqrafiya

Müəllif Tamilla Məmmədova
Nəşr olunduğu il 2011
Elm sahəsi Biblioqrafiya
Nəşriyyat M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası
Nəşr yeri Bakı

Tamilla Məmmədova. Cahangir Cahangirov: biblioqrafiya. Bakı, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2011.

Biblioqrafik vəsaitdə C.Cahangirovun not nəşrləri, not əlyazmaları, səsyazmalar, CD-lər və məqalələri verilmişdir. Vəsaitə habelə dissertasiyalar və avtoreferatlar da daxil edilmişdir. Biblioqrafik vəsaitin ən üstün və maraqlı cəhəti Milli Dövlət Arxivində və digər musiqi fondlarında mühafizə olunan avtoqraflı əlyazmalarının da burada öz əksini tapmasıdır. Vəsaitdə materiallar musiqi janrları əsasında sistemləşdirilmiş, janr daxilində isə xronoloji qayda gözlənilmişdir. Göstərici C.Cahangirovun yaradıcılığını tədqiq edən və öyrənən elmi işçilər, konservatoriya və musiqi məktəb tələbələri, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.