İlyas Əfəndiyev: biblioqrafiya
Müəllif | Gülbəniz Səfərəliyeva |
---|---|
Nəşr olunduğu il | 2014 |
Elm sahəsi | Biblioqrafiya |
Nəşriyyat | Azərbaycan Milli Kitabxanası |
Nəşr yeri | Bakı |
Gülbəniz Səfərəliyeva. İlyas Əfəndiyev: biblioqrafiya. Bakı, Azərbaycan Milli Kitabxanası, 2014.
Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından hazırladığı XX əsr Azərbaycan ədəbiyyatının klassiki, Xalq yazıçısı, respublika Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi İlyas Məhəmməd oğlu Əfəndiyevin həyat və fəaliyyətindən bəhs edən biblioqrafik göstəriciyə 1938-2014-cü illərdə dərc olunmuş materiallar daxil edilmişdir. Vəsaitdə İlyas Əfəndiyevin həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri, əsərləri, həyat və yaradıcılığı haqqında məlumatlar toplanmışdır.