GERIYƏ

Kuma-Manıç çökəkliyi

Müəllif Azad Qaradərəli
Nəşr olunduğu il 2016
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat xan nəşriyyatı
Nəşr yeri Bakı

Azad Qaradərəli. Kuma-Manıç çökəkliyi. Bakı, xan nəşriyyatı, 2016.

“Kuma-Manıç çökəkliyi”müəllifin kitab halında nəşr olunan üçüncü romanıdır. Bundan əvvəl “Qanun” nəşriyyatında işıq üzü görən “Burda yer fırlanmırdı” kitabında onun ilk iri həcmli əsəri olan “Günəş tutulan yerdə” və yenə həmin nəşriyyatda ayrıca kitab şəklində “Şəhərcik” romanları çap olunmuşdur. “Kuma-Manıç çökəkliyi” ilə əvvəlki iki roman arasında müəyyən məzmun və süjet “qohumluğu” olsa da, bu yeni əsər hadisələrə nüfuz etmək, klassik romançılıqla modern roman məktəbinin sintezini verə bilmək baxımından daha maraqlıdır. “İtirilmiş nəsil” olan 80-90-cı illər gəncliyinin taleyindən və həm də itkin torpaqlarımızdan bəhs edən romanda hadisələr Qarabağ müharibəsinin fonunda cərəyan etsə də, döyüş səhnələri yox kimidir. Simvolik Lalar kəndi kimi bu döyüş səhnələrinin yoxluğu da əslində bir çox yoxluqlardan bizi hali edir. Yox ola-ola hara getdiyimizi anlatmağa çalışır...