Dünyanı bəzəyən Abbasın tarixi
Müəllif | İsgəndər Bəy Münşi Türkman |
---|---|
Nəşr olunduğu il | 2010 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Şərq-Qərb |
Nəşr yeri | Bakı |
İsgəndər Bəy Münşi Türkman. Dünyanı bəzəyən Abbasın tarixi. Bakı, Şərq-Qərb, 2010.
"Dünyanı bəzəyən Abbasın tarixi" Azərbaycan tarixini öyrənmək üçün qiymətli ilk mənbədir. İsgəndər bəy Münşi Şah Abbasın sarayında xidmət etmiş və bu əsərini fars dilində yazmışdı. Dünyanın tanınmış şərqşünasları öz tədqiqatlarında bu qiymətli ilk mənbəyə dönə-dönə istinad etmişlər. "Dünyanı bəzəyən Abbasın tarixi" əsərinin başlanğıc hissəsi O.Ə.Əfəndiyev və N.S.Musalı tərəfindən dilimizə tərcümə olunmuş və 2009-cu ildə nəşr olunmuşdur. Hazırkı tərcümə isə əsəri bütövlükdə əhatə edir və Azərbaycan tarix elminin mənbə bazasının zənginləşməsi baxımından çox mühüm hadisədir.