Güney Azərbaycan türkologiyası: I cild
Müəllif | Soytürk Hüseyn Şərqi Dərəcək İbrahim oğlu |
---|---|
Nəşr olunduğu il | 2013 |
Elm sahəsi | Ədəbiyyat və dilçilik |
Nəşriyyat | Elm və təhsi |
Nəşr yeri | Bakı |
Soytürk Hüseyn Şərqi Dərəcək İbrahim oğlu. Güney Azərbaycan türkologiyası: I cild. Bakı, Elm və təhsi, 2013.
Güney Azərbaycan məsələsi yalnız Azərbaycan türklərinin deyil, bütövlükdə Türk dünyasının ən böyük problemlərindən biridir. Ancaq nə yazıqlar ki, yaşadığımız dünyanın ictimai-siyasi şərtləri problemin bütün ciddiyyəti ilə gündəmə gəlməsini əngəlləməkdədir. Bu gün İran adlanan ölkədə otuz beş milyondan artıq Azərbaycan türkünün siyasi, ictimai, mədəni və ən adi insani hüquqlardan məhrum, ağır, dözülməz həyat tərzi keçirməkdə davam etməsinin bir səbəbi məhz toplumun taleyinə olan biganə münasibətdən qaynaqlanmaqdadır.