GERIYƏ

Qədim türk yazısı abidələri,. 4 cilddə, IV cild. II hissə

Müəllif Əbülfəz Əjdər oğlu Rəcəbli
Nəşr olunduğu il 2010
Elm sahəsi Ədəbiyyat və dilçilik
Nəşriyyat Elm və təhsil
Nəşr yeri Bakı

Əbülfəz Əjdər oğlu Rəcəbli. Qədim türk yazısı abidələri,. 4 cilddə, IV cild. II hissə. Bakı, Elm və təhsil, 2010.

Kitabda Şərqi Türküstanda (Turfanda) tapılmış qədim uyğur əlifbası ilə yazılmış kitabələr toplanmışdır. Kitabın əvvəlində bu daş kitabələri tarixə yadigar qoyub getmiş qədim türk xalqlarının tarixi haqqında qısa məlumat verilir, sonra kitabələrin kəşfi, oxunması, kitabələrin özlərinin və onların dilinin araşdırılması tarixi nəzərdən keçirilir. Daha sonra Turfan abidələri - kitabələrin faksimilesi, transkripsiyası və tərcüməsi, habelə kitabələr haqqında qısa qeydlər təqdim edilir. Lüğət əsərin II hissəsinə daxil edilmişdir. Əsər bütün türklər, o cümlədən ilk növbədə bütün azərbaycanlılar, habelə türk xalqlarının və dillərinin keçmişi ilə maraqlanan bütün əcnəbilər üçün nəzərdə tutulmuşdur.