Gömrük statistikası və müasir informasiya texnologiyalar
Müəllif | Yadigarov Təbeiz |
---|---|
Nəşr olunduğu il | 2020 |
Elm sahəsi | İqtisad elmləri |
Nəşriyyat | Avropa |
Nəşr yeri | Bakı |
Yadigarov Təbeiz. Gömrük statistikası və müasir informasiya texnologiyalar. Bakı, Avropa, 2020.
Kitabda gömrük statistikası və müasir informasiya texnologiyalarının cəmiyyətdə rolu, xarici ticarətin gömrük statistikasında məlumatların emalı üsulları, indekslər və onların növləri, dinamik sıralar, gömrük statistikasında ticarət sistemləri və təsnifat bazası, güzgülü statistika, xarici ticarətdə entropiya, informasiyanın miqdarı və faydalılığına əsasən Azərbaycan Respublikasının dünya ölkələri ilə assosiativ fəaliyyəti, göstəricilər arasındakı əlaqə sıxlığının proqram paketlərində qiymətləndirilməsi, gömrük işində müasir informasiya texnologiyaları, EViews proqram paketində gömrük üzrə daxilolmaların dövlət büdcəsinə təsirinin qiymətləndirilməsinə aid məsələlər şərh edilmişdir. Monoqrafiyada idxal-ixrac əməliyytalarında vergilərin tətbiqi təhlil olunmaqla, onların təkmilləşdirilməsi isqamətləri izah edilmiş, xidmətlərin idxal və ixrac xüsusiyyətləri nəzərə alınmaqla onların rəsmiləşdirilməsi zaman yaranan problemlər aydınlaşdırılmış, gəlirlərin və ya mənfəətin repatriasiyası baxımından Azərbaycanın vergi sisteminin əlverişli investisiya mühitini yaratmasına xidmət etməsi göstərilmişdir. Həmçinin beynəlxalq ticarətdə və gömrük işində blokçeyn texnologiyasının tətbiqi və istifadəsinın perspektiv inkişaf istiqamətləri müəyyən edilmişdir