GERIYƏ

Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri: biblioqrafık göstərici

Müəllif G.Hüseynova, G.Misirova
Nəşr olunduğu il 2009
Elm sahəsi Biblioqrafiya
Nəşriyyat M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası
Nəşr yeri Bakı

G.Hüseynova, G.Misirova . Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri: biblioqrafık göstərici . Bakı, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2009.

2006-cı ildə Azərbaycanın iqtisadi həyatında əlamətdar hadisə baş vermişdir. Ulu öndərimiz H.Əliyevin dahiyanə ideyası reallaşmış, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi başa çatmış və rəsmi açılışı olmuşdur. Bu mövzu respublikamızın kütləvi informasiya vasitələrində, kitab və monoqrafiyalarda geniş işıqlandırılmışdır. M.F.Axundov adına Milli Kitabxananın Diyarşünaslıq elmi biblioqrafiya şöbəsi bu nəhəng tikinti ilə bağlı dərc olunan materialları toplayaraq sistemləşdirmiş və "Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri" adlı biblioqrafık göstərici hazırlamışdır. Göstəricidə materiallar 1994-cü ildən öz əksini tapır. Çünki ümummilli liderimiz H.Əliyev dediyi kimi "Əsrin müqaviləsi" olmasaydı BakıTbilisi-Ceyhan neft kəməri də olmazdı. 1994-2006-cı illəri əhatə edən vəsaitdə M.FAxundov adına Milli Kitabxananın fonduna daxil edilmiş materiallar əhatə olunmuşdur. Göstəricidə ədəbiyyat illər, hər ilin daxilində isə əlifba üzrə verilmişdir. BTC ilə bağlı əlamətdar hadisələrə aid materiallar ayrı başlıq altında toplanmışdır.