Heydər Əliyev Fondu 5 il: biblioqrafik göstəricisi
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2009 |
Elm sahəsi | Biblioqrafiya |
Nəşriyyat | M.F.Axundov ad. Azərbaycan Milli Kitabxanası |
Nəşr yeri | Bakı |
. Heydər Əliyev Fondu 5 il: biblioqrafik göstəricisi. Bakı, M.F.Axundov ad. Azərbaycan Milli Kitabxanası, 2009.
Heydər Əliyev Fondu 2004-cü ildə ulu öndərin siyasətini əks etdirmək, yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq niyyətindən irəli gələrək yaradılmışdır. Fondun təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Fond Heydər Əliyevin siyasi irsini öyrənəcək, onu təhlil, tədqiq və təbliğ edəcəkdir. Fondun qarşısında böyük vəzifələr durur. Fond ictimai təşkilatdır. Ümid edirəm ki, Azərbaycanın ictimai həyatında Fondun rolu böyük olacaqdır". Heydər Əliyev Fondu ötən 5 ildə öz fəaliyyəti ilə Azərbaycanın ictimai həyatında oynadığı böyük rol, qarşıya qoyduğu məqsədlərin əhəmiyyətinə, miqyasına görə Azərbaycanda analoqu olmayan yeni qurum olduğunu sübut etdi. Bütün bunlar M.F.Axundov adına Milli Kitabxananın "Diyarşünaslıq elmi biblioqrafiya" şöbəsinin Fondun yubileyi ilə əlaqədar tərtib etdiyi "Heydər Əliyev Fondu" biblioqrafiyasında öz əksini tapmışdır.