GERIYƏ

Mirzə Ələkbər Sabir - 150: biblioqrafiya

Müəllif Məlahət Həsənova, Gülbahar Misirova
Nəşr olunduğu il 2012
Elm sahəsi Biblioqrafiya
Nəşriyyat M.F.Axundov ad. Azərbaycan Milli Kitabxanası
Nəşr yeri Bakı

Məlahət Həsənova, Gülbahar Misirova . Mirzə Ələkbər Sabir - 150: biblioqrafiya. Bakı, M.F.Axundov ad. Azərbaycan Milli Kitabxanası, 2012.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il 1 iyun tarixli Sərəncamı ilə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyi qeyd olunur. “Mirzə Ələkbər Sabir - 150” biblioqrafiyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və M.F.Axundov adına Milli Kitabxana tərəfindən şairin yubileyinə töhfə olaraq hazırlanmışdır. Vəsait şairin 1903-2012-ci ilədək nəşr olunan əsərlərini, eyni zamanda həyat və fəaliyyəti haqqında yazılan materialları əhatə edir. M.F.Axundov adına Milli Kitabxana tərəfindən M.Ə.Sabir haqqında ilk göstərici 1958-ci ildə tərtib edilmişdir. Şairin yubileyi ərəfəsində hazırlanan bu elmi-köməkçi göstərici üçün materiallar yenidən işlənmiş, əlavələr edilərək daha da təkmilləşdirilmişdir. Biblioqrafiyada “M.Ə.Sabirin həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər M.Ə.Sabir haqqında”, “Əsərləri” və “Həyat və yaradıcılığı haqqında” bölmələri öz əksini tapmışdır. Vəsaitdə Azərbaycan və xarici dillərdə nəşr olunan materiallar xronoloji ardıcıllıqla verilmiş, daxildə isə əlifba sırası ilə qruplaşdırılmışdır. Şairin 80 adda imza və təxəllüsü “M.Ə.Sabirin mətbuatda istifadə etdiyi imzalar və təxəllüslər” adlı bölmədə öz əksini tapmışdır.