GERIYƏ

İqtisadiyyatın və ixracın diversifikasiyasının qiymətləndirilməsi

Müəllif Aslanlı Kənan, İsmayıl Zöhrab, Ağayev Rövşən
Nəşr olunduğu il 2013
Elm sahəsi İqtisad elmləri
Nəşriyyat Qanun
Nəşr yeri Bakı

Aslanlı Kənan, İsmayıl Zöhrab, Ağayev Rövşən. İqtisadiyyatın və ixracın diversifikasiyasının qiymətləndirilməsi. Bakı , Qanun, 2013.

BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyası öz sənədlərində iqtisadi diversifikasiyaya belə definisiya verir: "İqtisadi diversifikasiya geniş çeşiddə məhsulların iqtisadiyyatda istehsal edilməsi prosesi kimi nəzərdən keçirilir. Bu anlayış, həmçinin ixrac bazarlarının diversifikasiyası və daxili iqtisadi fəaliyyətlərdən ayrı gəlir mənbələrinin diversifikasiyasını da əhatə edir". İxracın diversifikasiyası isə mövcud ixrac səbətindəki ayrı-ayrı malların xüsusi çəkisini dəyişməyə, ixrac səbətinə yeni əmtəələr təklif etməyə və yeni coğrafi bazarlara çıxışı nəzərdə tutan siyasətlərin məcmusudur. İqtisadi diversifikasiya siyasətinin əsas elementləri bunlardır: kapital (insan kapitalı, fiziki kapital və təbii sərvətlər), resurslardan daha effektiv istifadəyə imkan verən rəqabətli bazarlar, infrastruktur təminatı, davamlı institusional və struktur islahatları, xarici sərmayənin hərəkətində və ticarətdə sərbəstlik, makroiqtisadi stabillik.