GERIYƏ

Mirzə Fətəli Axundzadə - 200: tövsiyə ədəbiyyat göstəricisi

Müəllif
Nəşr olunduğu il 2012
Elm sahəsi Biblioqrafiya
Nəşriyyat M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası
Nəşr yeri Bakı

. Mirzə Fətəli Axundzadə - 200: tövsiyə ədəbiyyat göstəricisi. Bakı , M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası, 2012.

2012-ci il iyun ayının 30-da böyük alim, Şərqdə materialist fəlsəfənin, milli realist dramaturgiyanın banisi, maarifpərvər, Azərbaycan ədəbiyyatının klassiki Mirzə Fətəli Axudzadənin anadan olmasının 200 illiyi tamam olur. Dahi mütəfəkkirin zəngin və çoxcəhətli yaradıcılığı Azərbaycan ədəbiyyatının inkişafında böyük rol oynamışdır. Onun əsərləri bir sıra xarici ölkə xalqlarının dilinə tərcümə olunmuş, haqqında xeyli kitab, monoqrafiya, dissertasiya və məqalələr nəşr edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2010-cu il 13 aprel tarixli Sərəncamı ilə 2012-ci ildə Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyinin təntənəli şəkildə keçirilməsi nəzərdə tutulmuşdur. M.F.Axundzadə adına Milli Kitabxana tərəfindən tərtib olunmuş “Mirzə Fətəli Axundzadə - 200” tövsiyə ədəbiyyat göstəricisi böyük mütəfəkkirin yubileyinə həsr edilmişdir.