GERIYƏ

90 Dəqiqədə Sokrat

Müəllif Pol Stratern
Nəşr olunduğu il 2020
Elm sahəsi Fəlsəfə
Nəşriyyat Bakı Fəlsəfə Akademiyası
Nəşr yeri Bakı

Pol Stratern. 90 Dəqiqədə Sokrat. Bakı, Bakı Fəlsəfə Akademiyası, 2020.

Şotland-İrland əsilli yazıçı Pol Stratern 1940-cı ildə Londonda doğulub. Dublin Trinity kollecində fəlsəfə təhsili alıb. 1972-ci ildə “Həbəşistanda bir fəsil” adlı əsəri ilə Somerset Moeam mükafatına laiq görülüb. Beş romanı ilə yanaşı səfər təəsüratları, elm, fəlsəfə, tarix, ədəbiyyat, tibb və iqtisadiyyat mövzulu çoxsaylı kitabların da müəllifidir. Kimya tarixi ilə bağlı “Mendeleyevin arzusu”(2000) əsərinə görə Aventis mükafatına laiq görülüb. İqtisadiyyat tarixi ilə bağlı araşdırmalarının yer aldığı “Dr. Strenclovun oyunu”(2001) ilin “Google business” kitabı seçilib. “90 dəqiqədə filosoflar”, “Böyük düşüncə: Dünyanı dəyişdirən elm adamları” kimi qısa kitab seriyalarının müəllifidir. Yetəri qədər ağır mövzular haqqında şotland açıqlığı və irland yumoru ilə olduqca aydın şəkildə yazan müəllif Kinqston Universitetində riyaziyyat, elm və fəlsəfə üzrə mühazirələr oxumuş, əsərləri iyirmidən çox dilə tərcümə edilmişdir.