GERIYƏ

Mir Cəlal: biblioqrafiya

Müəllif Nağıyeva, N.P.
Nəşr olunduğu il 2006
Elm sahəsi Biblioqrafiya
Nəşriyyat Adiloğlu nəşriyyatı
Nəşr yeri Bakı

Nağıyeva, N.P.. Mir Cəlal: biblioqrafiya. Bakı, Adiloğlu nəşriyyatı, 2006.

Azərbaycan nəsrinin görkəmli nümayəndəsi, Azərbaycanın Əməkdar Elm xadimi, yazıçı-alim Mir Cəlal Paşayev haqqında tərtib olunmuş bu biblioqrafiya ədibin həyat və yaradıcılığının 1926-cı ildən 2005-ci il avqust ayına qədər оlan bir dövrü əhatə edir. Mir Cəlal Paşayev haqqında ilk göstərici 1968-ci ildə ədibin 60 illiyi münasibətilə Azərbaycan EA-nın Əsaslı kitabxanası tərəfindən, ikinci göstərici isə 1998-ci ildə ədibin 90 illiyi münasibətilə M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr olunmuşdur. Yenidən işlənmiş və əlavələr edilmiş “Mir Cəlal” adlı bu elmiköməkçi göstəricidə nəzərdən qaçan materiallar, buraxılan səhvlər düzəldilmiş, 1998-ci ildən 2005-ci il avqust ayına qədər dərc olunmuş materiallar əhatə edilmişdir. Göstəricidə ədibin kitabları, dövrü mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş əsərləri, uşaqlar üçün işlədiyi kitablar, elmi-tənqidi və publisistik məqalələri, tərcümələri, redaktə etdiyi kitablar, rəhbərlik etdiyi dissertasiyalar, rus və başqa dillərdə çap olunmuş əsərləri, habelə ədibin həyat və yaradıcılığını əks etdirən bütün nəşrlər verilmişdir.