Bibliya Məhəmməd peyğəmbər (s) haqqında nə deyir?
Müəllif | Əhməd Didat |
---|---|
Nəşr olunduğu il | 1995 |
Elm sahəsi | Din |
Nəşriyyat | Azərnəşr |
Nəşr yeri | Bakı |
Əhməd Didat. Bibliya Məhəmməd peyğəmbər (s) haqqında nə deyir? . Bakı, Azərnəşr, 1995.
Müqəddəs Peyğəmbər Məhəmmədin (s) anadan olması gününün bayram edilməsi münasibətilə məni mühazirə oxumaq üçün Transvaala1 dəvət etmişdilər. Bilirdim ki, həmin ayələtdə çoxları, hətta mənim həmtayfalarım da afrikaans dilində danışırlar. Buna görə adamlarla ünsiyyətimin sadə və asan olması üçün həmin dili bir qədər öyrənmək fikrinə düşdüm. Telefon sorğu kitabını açıb afrikaans dilində tədbirlər keçirilən kilsəyə zəng vurdum. Keşişlərə müraciət edib onlarla söhbət etmək niyyətimi bildirdim. «Üzürlü» bəhanələr gətirərək mənimlə söhbətdən imtina edirdilər. Lakin on üçüncü zəngim mənə ləzzət verdi, yüngünlük gətirdi. Pastor Van Xeerden
gündüz onun evində mənimlə görüşməyə razılıq verdi. Transvaala gedəcəyim şənbə günü idi.