Qara Qarayev: biblioqrafiya
Müəllif | Rəna Orucəliyeva, Hökümə Haşımova, Yasəmən Sadıqova, Pərvanə Qurbanova |
---|---|
Nəşr olunduğu il | 2008 |
Elm sahəsi | Biblioqrafiya |
Nəşriyyat | M.F.Axundov adına Milli Kitabxana |
Nəşr yeri | Bakı |
Rəna Orucəliyeva, Hökümə Haşımova, Yasəmən Sadıqova, Pərvanə Qurbanova . Qara Qarayev: biblioqrafiya. Bakı, M.F.Axundov adına Milli Kitabxana, 2008.
Azərbaycan klassik musiqisinin inkişafında əvəzsiz xidmətləri olan bəstəkarlarımızdan biri də Qara Qarayevdir. “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərinin, “Leyli və
Məcnun” simfonik poemasının, “Don Kixot” simfonik qravürünün və yüzlərlə müxtəlif janrlarda yazılmış dünya şöhrətli əsərlərin müəllifi olan Qara Qarayev Azərbaycan bəstəkarlıq məktəbinin inkişafına təsir göstərmiş, özünəməxsus yaradıcılıq yolu keçmiş, yeni nəfəs, yeni fikir gətirmişdir. Azərbaycanın görkəmli bəstəkarı, pedaqoqu, ictimai xadimi, Azərbaycan və SSRİ Xalq artisti Qara Qarayev haqqında tərtib olunmuş bu biblioqrafik vəsait bəstəkarın həyat və yaradıcılığının bütün dövrlərini əhatə edir. Qara Qarayev haqqında ilk göstərici 1969-cu ildə Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası tərəfindən “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasında nəşr olunmuşdur. Növbəti biblioqrafik göstərici bəstəkarın 90 illiyi ilə əlaqədar olaraq M.F.Axundov adına Milli Kitabxana tərəfindən hazırlanmışdır. Vəsaitdə bəstəkarın not əsərləri, əlyazmaları, səsyazmaları, dövri mətbuatda, məcmuələrdə çap olunmuş əsərləri, həyat və yaradıcılığını əks etdirən ədəbiyyat öz əksini tapmışdır. Biblioqrafiyada dünya şöhrətli bəstəkarın 1937-ci ildən 2008-ci ilin sentyabrınadək çap olunmuş əsərləri və onun haqqında dərc olunan materiallar əhatə olunmuşdur.