Tahir Salahov: biblioqrafiya
Müəllif | Sevgiyə Əsədova, Lalə Şirinova |
---|---|
Nəşr olunduğu il | 2013 |
Elm sahəsi | Biblioqrafiya |
Nəşriyyat | Azərbaycan Milli Kitabxanası |
Nəşr yeri | Bakı |
Sevgiyə Əsədova, Lalə Şirinova. Tahir Salahov: biblioqrafiya. Bakı, Azərbaycan Milli Kitabxanası, 2013.
Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr etdiyi Tahir Salahov haqqında ilk biblioqrafik göstərici rəssamın 85 illik yubileyinə həsr olunmuşdur. Vəsait rəssamın həyat və fəaliyyətinin 1963-cü ildən 2013-cü ilədək olan dövrünü əhatə edir. Azərbaycan və rus dillərində tərtib edilən göstəricidə Tahir Salahovun həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri, əsərlərinin kataloqu öz əksini tapmışdır. Kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.