GERIYƏ

Bədən dili

Müəllif Co Navarro, Marvin Karlins
Nəşr olunduğu il 2015
Elm sahəsi Psixologiya
Nəşriyyat XAN
Nəşr yeri Bakı

Co Navarro, Marvin Karlins. Bədən dili. Bakı, XAN, 2015.

Masanın o üzündə oturan sakit görünüşlü adam qarşısındakı FTB agentinin suallarına sözləri diqqətlə seçərək cavab verməyə çalışırdı. Əslində bu adam cinayətdə əsas şübhəlilərdən biri hesab edilmirdi. Cinayətin işləndiyi an başqa bir yerdə olduğunu inandırıcı şəkildə sübut etmişdi; səsi də səmimi idi. Bununla belə agent yenə də istintaqı davam etdirirdi.