GERIYƏ

Üzeyir Hacıbəyli: biblioqrafiya

Müəllif Hökümə Haşımova, Rəna Orucəliyeva, Nurhal Aslanbəyova, Günay Səfərova, Natalya Səlimova
Nəşr olunduğu il 2008
Elm sahəsi Biblioqrafiya
Nəşriyyat M.F.Axundov adına Azərbaycan Milli Kitabxana
Nəşr yeri Bakı

Hökümə Haşımova, Rəna Orucəliyeva, Nurhal Aslanbəyova, Günay Səfərova, Natalya Səlimova. Üzeyir Hacıbəyli: biblioqrafiya. Bakı, M.F.Axundov adına Azərbaycan Milli Kitabxana, 2008.

Azərbaycan musiqisinin klassiki, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatları laureatı, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, professor Üzeyir Əbdülhüseyn oğlu Hacıbəylinin həyat və yaradıcılığının biblioqrafik göstəricisi 1985-ci ildə çapdan çıxmış biblioqrafiyanın işlənilmiş və artırılmış nəşri olub, 1905- ci ildən 2008-ci ili əhatə edir. Biblioqrafiya dörd bölmədən ibarətdir. Bölmələrə sənətkarın həyat və yaradıcılığının əsas tarixləri, yaradıcılıq yolunun ümumi xarakteristikasına həsr olunmuş oçerk, bəstəkarın musiqi əsərləri, kitabları və ayrı-ayrı məcmuələrdə, jurnallarda və qəzetlərdə dərc olunmuş məqalələri, habelə Üzeyir Hacıbəyli haqqında ədəbiyyat daxildir.