Akademik Zərifə Əliyeva - 90: biblioqrafiya
Müəllif | Mədinə Vəliyeva |
---|---|
Nəşr olunduğu il | 2013 |
Elm sahəsi | Biblioqrafiya |
Nəşriyyat | M.F.Axundov adına Milli Kitabxana |
Nəşr yeri | Bakı |
Mədinə Vəliyeva. Akademik Zərifə Əliyeva - 90: biblioqrafiya. Bakı, M.F.Axundov adına Milli Kitabxana, 2013.
Bu ilin aprel ayının 28-də Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 90 illiyi tamam olur. Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olmuş Zərifə xanım Əliyevanın yubileyi ilə əlaqədar M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən “Akademik Zərifə Əliyeva – 90” adlı biblioqrafik göstərici tərtib olunmuşdur. Biblioqrafiyanın əvvəlində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 fevral 2013-cü il Sərəncamı, “Zərifə Əliyevanın həyat və fəaliyyətinin əsas tarixləri”, “Zərifə Əliyevanın adının əbədiləşdirilməsi”, “Görkəmli şəxsiyyətlər Zərifə Əliyeva haqqında” bölmələri verilmişdir. Oxuculara təqdim olunan biblioqrafik vəsaitdə Zərifə xanım Əliyevanın əsərləri, həyat və yaradıcılığına dair Azərbaycan və rus dillərində çap olunan materiallar 1960-cı ildən 2013-cü ilədək olan dövrü əhatə edir. Vəsaitdə ədəbiyyat bölmələr daxilində xronoloji qaydada əlifba sırası ilə verilmişdir.