GMO və ərzaq təhlükəsizliyi
Müəllif | Layihənin Elmi Rəhbəri: Aytən Mustafayeva |
---|---|
Nəşr olunduğu il | 2013 |
Elm sahəsi | Hüquq elmləri |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Layihənin Elmi Rəhbəri: Aytən Mustafayeva. GMO və ərzaq təhlükəsizliyi. Bakı , , 2013.
Tədqiqatın nəticələri milli qanunvericiliyimizin MDB-nin digər öl- kələrinin analoji qanunlarından növbəti məsələlər üzrə fərqləndiyini sübut edir:
- Tərkibində GMOO olan yeyinti məhsulları müvafiq qanunda heç bir şəkildə nəzərə alınmır. "Ümumi müddəalar" başlıqlı I maddədə GMOO anlayışı haqqında bəhs olunmur, qanunun növbəti maddələ- rində isə ölkənin GMOO tərkibli qidaların keyfiyyəti və təhlükəsizliyi, onların sertifikatlaşma xüsusiyyətləri və gigiyenik qeydiyyatı, istehsa- lı və ticarət dövriyyəsinə qoşulması tələbləri müəyyən olunmur. Am- ma demək olar ki, bütün dövlətlərin, o cümlədən MDB ölkələrinin qa- nunlarında bu prinsiplər öz əksini tapmaqdadır.
- Digər ölkələrin qanunlarından fərqli olaraq, yeyinti və bioloji ak- tiv əlavələr bazarının keyfiyyəti, istehsalı və təşkilinin idarə olunması- nın hüquqi əsaslarını özündə ehtiva etmir;
- Qanunda, yeyinti məhsullarının dövriyyəsini həyata keçirən şəxs- lər barəsində hər hansı növ məsuliyyət tədbirləri ilə bağlı tələblər əks olunmayıb. Bu şərt Cənubi Qafqaz ölkələrindən başqa, digər MDB ölkələrinin, həmçinin ayrı-ayrı dövlətlərin qanunvericiliklərində təs- bit olunub.