GERIYƏ

Folklor yaradıcılığında fasiləsiz transfer və yuxu paradiqmaları. Monoqrafiya

Müəllif Azad Nəbiyev
Nəşr olunduğu il 2011
Elm sahəsi Ədəbiyyat və dilçilik
Nəşriyyat Elm və Təhsil
Nəşr yeri Bakı

Azad Nəbiyev . Folklor yaradıcılığında fasiləsiz transfer və yuxu paradiqmaları. Monoqrafiya. Bakı , Elm və Təhsil, 2011.

Təqdim edilən monoqrafiya filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü, professor Azad Mövlud oğlu Nəbiyevin oxşar mədəni dəyərlərin xalqların tarixi gen birliyilə bağlılığı barədə irəli sürdüyü yeni universal nəzəriyyəsindən sonra folklorun yaranması, formalaşması və inkişafı problemləri ətrafında apardığı tədqiqatların davamıdır. Burada professor folklorun genezisi ilə bağlı XIX yüzillikdə Avropa alimlərinin irəli sürdüyü bir sıra nəzəri mülahizələri müxtəsər xülasə edərək belə bir yeni elmi qənaətə gəlir ki, şifahi yaradıcılıq ibtidai insanın əmək vərdişlərinə yiyələnməzdən əvvəlki mərhələdə, instiktiv düşüncədən şüurlu fəaliyyətə keçid dövründə psixoloji dərketmə hal məqamlarıyla bağlı meydana çıxmışdır. Nitq inkişaf edib dil insanlar arasında ünsiyyət vasitəsinə çevrildikcə bədii düşüncədə formalaşan bu psixoloji dərketmə dəyərləri söz şəklində fasiləsiz transfer yolu ilə folklor yaradıcılığına çevrilmiş, ictimai-fəlsəfi fikrin cahanşümul sıçrayışları da həmin qaynaqdan boy alıb yüksəlmişdir. Müəllifə görə psixoloji dərketmə sayəsində yaranan erkən folklor paradiqmaları gözəgörünmə, qarabasma, eymənmə, gözdəymə, ürəyədamma, eləcə də Ruh və Yuxu röya bədii düşüncə məhsulu olub, kollektiv yaradıcılıq prosesindən çox-çox əvvəlki folklor hadisəsidir.