Üç cilddə. III cild əsərləri
Müəllif | Yusif Vəzir Çəmənzəminli |
---|---|
Nəşr olunduğu il | 2005 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Avrasiya press |
Nəşr yeri | Bakı |
Yusif Vəzir Çəmənzəminli. Üç cilddə. III cild əsərləri. Bakı , Avrasiya press, 2005.
Əsərlərində xalq nağıllarının ruhunu, Azərbaycan dilinin sehrini qoruyub saxlamış, bu dilə, bu ədəbiyyata ömrünün son gününə qədər namusla xidmət etmiş Yusif Vəzir Çəmənzəminli Azərbaycan ictimai fikrinə təkcə zəngin bədii yaradıcılığı ilə daxil olmamışdır. Onun milli folklora, ədəbiyyat tarixinə dair dərin tədqiqləri bu gün də əhəmiyyətini saxlayır.
"Əsərləri"nin oxuculara təqdim olunan bu son cildində yazıçının ədəbi- tənqidi və publisist yazıları, oçerk və xatirələri ilə yanaşı, "Bir cavanın dəftəri", "Həzrəti-Şəhriyar", "Altunsaç" kimi bədii nəsr, dram və ssenariləri, "Azərbaycan ədəbiyyatına bir nəzər", "Tarixi, coğrafi və iqtisadi Azərbaycan" və s. əsərləri toplanmışdır.
Cildə salınmış müxtəlif məzmunlu və rəngarəng yazıları Yusif Vəzirin hekayələri, felyetonları ilə sıx əlaqəlidir, onlardakı fikirlərin publisist tərzdə ifadəsidir. Dilimizi, ədəbiyyatımızı, zehnimizi dünyanın mədəni sərvətləriylə zənginləşdirmək istəyindən yaranmış həmin məqalələr ədibin romanlarını da tamamlayır, onların ideya və bədii dəyərinin daha yaxşı işıqlandırılmasına kömək edir.