Seçilmiş əsərləri
Müəllif | Süleyman Sani Axundov |
---|---|
Nəşr olunduğu il | 2005 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Şərq-Qərb |
Nəşr yeri | Bakı |
Süleyman Sani Axundov. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, 2005.
Maarifpərvər ədib Süleyman Sani Axundovun bədii əsərlərində, pedaqoji-elmi fəaliyyətində və vətəndaşlıq əməlləri ilə zəngin olan ictimai həyatında işıqlı fikirlərin təsdiqi, nurlu, xeyirxah əməllərin təbliği onun başlıca yaradıcılıq idealları kimi meydana çıxmışdır. Müəllimlərlə maarifçilər, xeyirxah ziyalılarla nəcib tələbələr, məsum uşaqlarla müdrik qocalar Süleyman Saninin məktəbə, elmə və təhsilə çağıran əsərlərinin əsas, nümunəvi qəhrəmanları olmuşdur. Həyatdakı fənalıq və eybəcərliyə qarşı mübarizədə təmiz fikirlərin, saf və xeyirxah hisslərin ziyasını təsirli mənəvi vasitə hesab edən yazıçım nəsr əsərlərinin çoxusunda, eləcə də müəyyən qisim səhnə əsərlərində bir-biri ilə daima mübarizə edən və rəmzi şəkildə mənalandırılan iki qüvvə mövcuddur: qaranlıq və işıq