GERIYƏ

Üç cilddə. I cild əsərləri

Müəllif Yusif Vəzir Çəmənzəminli
Nəşr olunduğu il 2005
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Avrasiya press
Nəşr yeri Bakı

Yusif Vəzir Çəmənzəminli. Üç cilddə. I cild əsərləri. Bakı , Avrasiya press, 2005.

İstedadlı nasir, milli ədədbiyyatmızda tarixi roman janrının ən qüdrətli yaradıcılarından biri, hekayə ustası, dramaturq, publisist, alim, folklor tədqiqatçısı, maraqlı xatirələr müəllifi, pedaqoq, ictimai xadim və bütün bu müxtəlif cəhətlərin ümumi nəticəsi olan yüksək ziyalı anlayışını ömrü boyu şərəflə daşıyan Yusif Vəzir Çəmənzəminli zəngin və mürəkkəb bir həyat yolu keçmiş, gördüklərini, yaşadıqlarını, düşündüklərini parlaq bədii boyalarla əks etdirmiş və mədəniyyətimiz tarixində həmişə yaşayacaq qiymətli bir irs qoyub getmişdir. "Əsərləri"nin bu cildində Yusif Vəzir ədəbi irsinin yalnız bir hissəsi hekayələr toplanmışdır. Hekayə onun yaradıcılığında başlıca yer tutur. Bu janr ilə ədib yaradıcılığı boyu ardıcıl surətdə məşğul olmuşdur. Həmin janrda qələmə aldığı əsərlərdə yazıçının bütün sənətkarlıq xüsusiyyətəlrini aydın görmək mümkündür.