GERIYƏ

Əsərləri

Müəllif Yunus Əmrə
Nəşr olunduğu il 2004
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Öndər nəşriyyat
Nəşr yeri Bakı

Yunus Əmrə. Əsərləri. Bakı , Öndər nəşriyyat, 2004.

Düşüncələrini dövrün təsəvvüf mədəniyyəti çərçivəsində dilə gətirən Yunus Əmrə türk xalq sufi şeirinin görkəmli nümayəndəsidir. "Vətən coğrafiyasının torpaqdan yüksələn bütün gözəl səslərini xalq diliylə birləşdirən" şairin yaradıcılığı milli söz sənətinin inkişafına qüvvətli təsir göstərmişdir. Azərbaycan oxucusuna təqdim olunan bu kitab Yunus Əmrə əsərlərinin ən əski və yaxşı nüsxəsi sayılan Fateh nüsxəsi əsasında tərtib edilibdir. Diva- nın tərtibi zamanı Ə.Gölpınarlı tərəfindən hazırlanmış 1965-ci il İstanbul və F.K.Timurtaş tərəfindən hazırlanmış 1989-cu il Ankara nəşrlərindən istifadə olunmuşdur. Xİİİ-XİV yüzillər türkcəsinin həqiqi toxunulmaz xəzinəsi olduğu üçün Yunus Əmrə divanının dil xüsusiyyətləri hazırkı nəşrdə mümkün qədər qo- runmuşdur. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan bu kitabdan mütəxəssislər də faydalana bilərlər.