GERIYƏ

Fotokompozisiya

Müəllif Rəfail Qəmbərov, Amin Novruzov
Nəşr olunduğu il 2025
Elm sahəsi Texnika. Texniki elmlər
Nəşriyyat Renessans-A
Nəşr yeri Bakı

Rəfail Qəmbərov, Amin Novruzov . Fotokompozisiya. Bakı, Renessans-A, 2025.

Azərbaycanın tanınmış foto mütəxəssisləri olan müəlliflərin araşdırması həm bütövlükdə foto sənəti, həm də bu istiqamətin Azərbaycanda keçdiyi tarixi inkişaf yolundan bəhs edir. Tədqiqat əsərini indiyədək olan nəşrlərdən fərqləndirən başlıca cəhət problemə kompleks halda yanaşılması, mövzunun bütün istiqamətlərini nəzərə alaraq təhlil aparılmasıdır. Kitabda fotoqrafiya sənətinin və onun texniki vasitələrinin təfərrüatlarından və xüsusiyyətlərindən bəhs edilməklə yanaşı, bu səmtə üz tutan gənclərə dəyərli tövsiyələr də verilir. Azərbaycan fotoqraflarının müxtəlif nəsillərinin, eləcə də dünyanın tanınmış sənətkarlarının çəkmiş olduğu uğurlu fotoəsərlərin kitabda yer alan reproduksiyaları araşdırmadakı nəzəri hissələrin qavranılmasına yardım edəcək vasitə kimi diqqəti cəlb edir. İlk dəfə olaraq fotoqrafiya terminlərinin rusca-azərbaycanca lüğətinin kitaba daxil edilməsi sahə terminoloji lüğətçiliyi baxımından əhəmiyyətli yenilik sayıla bilər. Kitab mütəxəssislər, müvafiq ixtisas təhsili verən müəssisələrin tələbələri, eləcə də geniş oxucu kütlələri üçün nəzərdə tutulmuşdur.